Vətən müharibəsi qazisinin müraciəti həll olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər rayonunun Cəmilli kınd sakini Vətən müharibəsi qazisi Səfərli Kamil müraciət edərək yaşadığı küçəyə çınqıl verilərək hamarlanmasını xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Qaradağlı Bələdiyyəsinin köməkliyi ilə qeyd olunan küçəyə çınqıl verilərək hamarlanmışdır.
Vətən müharibəsi əlili onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






