Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi əlilinin müraciəti təmin olunub

13 avqust 2025 | 15:05

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Hacallı kəndində keçirilən səyyar qəbul-görüşü zamanı Hacallı kənd sakini, 3-cü qrup Vətən müharibəsi əlili İntiqam Sarıyev müraciət edərək yaşadığı küçənin yoluna çınqıl daş verilərək hamarlanmasını xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Mamırlı bələdiyyəsi tərəfindən qazinin yaşadığı küçəyə çınqıl daş tökülərək hamarlanmışdır.

Vətən müharibəsi əlili İntiqam Sarıyev müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər