Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.5.1-ci bəndinə əsasən Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi ilə əlaqədar Tərtər rayon Şıxarx kənd 2 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirilib

29 noyabr 2022 | 15:07

Noyabrın 29-da Şıxarx kənd 2 nömrəli tam orta məktəbində Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Pərişan Orucova, Tərtər Təhsil Sektorunun metodisti Gülxar Abbasova, Gənclər İdman idarəsinin idman sahəsi üzrə aparıcı məsləhətçisi Nərimanzadə Nəriman iştirak ediblər.

Nümayəndələr təhsildən yayınma hallarının zərərli vərdişlərə, narkomaniya hallarına, sonda cinayətə aparıb çıxardığını, bu kimi halların qarşısının alınması üçün birgə mübarizə aparmağın, maarifləndirici tədbirlər keçirməyin vacibliyini vurğulayıb, müəllim və şagirdlərlə bu istiqamətdə söhbətlər aparıblar.

Keçidlər