Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol yarışı keçirilib

01 may 2026 | 16:45

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Tərtərdə rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin voleybol qrupları arasında yarış təşkil olunub.

Yarışın açılış mərasimində rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev,YAP rayon təşkilatının  əməkdaşı Əli Paşayev, Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Fərəc Rzayev də iştirak ediblər.

Çıxış edən nümayəndələr  Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, gənclər siyasətinin formalaşdırılması və idmanın inkişafı sahəsində göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər.

Bildirilib ki, gənc nəslin fiziki və mənəvi inkişafı, onların vətənpərvər ruhda yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər Ulu Öndərin müəyyən etdiyi dövlət siyasətinin mühüm tərkib hissəsidir və bu siyasət hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yarışda ümumilikdə 7 qrup iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda iştirakçılar yüksək hazırlıq və komanda ruhu nümayiş etdiriblər.

Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunublar.

 

Keçidlər