Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilmiş ümumtəhsil məktəblərinin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi keçirilib

07 may 2026 | 16:46

Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və Tərtər Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə  Ümummilli Lider  Heydər Əliyevin 103-cü ildönümünə həsr edilmiş ümumtəhsil məktəblərinin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın  suverenliyi uğrunda çanlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Svetlana Əzizova, YAP Tərtər rayon təşkilatının əməkdaşı Əli Paşayev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Orxan Fəxrəddinov, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova çıxış edərək məktəblilərə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, müasir və qüdrətli dövlət quruculuğu istiqamətində Ulu Öndərin zəngin siyasi irsinin çox böyük əhəmiyyəti var.

Çıxışçılar bu istiqamətdə keçirilən müsabiqələrin məktəblilərin Ulu Öndərin həyat və fəaliyyətinə dair biliklərinin artırılması, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi, eyni zamanda yaradıcı düşüncə və bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Sərgidə 38 ümumtəhsil məktəbindən 52 şagirdin rəsm və əl işləri nümayiş olunub.

Müsabiqədə fərqlənən şagirdlər tədbirin təşkilatçıları tərəfindən təltif ediləcəklər.

Keçidlər