Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı proqram koordinatoru Hayrettin Özçelik Tərtər rayonuna səfər ediblər
Səfər çərçivəsində Baş Konsul Recep Öztop və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı proqram koordinatoru Hayrettin Özçelik Tərtər rayon İcra Hakimiyyətinin İnzibati binasında rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Rayon rəhbəri qonaqlara rayonun tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verib. Türkiyənin həmişə Azərbaycanla birlikdə olduğunu, bir millət iki dövlət arasında səmimi və qarşılıqlı dostluq münasibətləri yaşandığını bildirib. Dövlətimizin bütün sahələrdə qardaş ölkənin daim yaxın dəstəyini hiss etdiyini vurğulayaraq, bu münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Daha sonra rayonda ehtiyac duyulan layihələr və gələcəkdə birgə görüləcək işlər müzakirə olunub.
Qonaqlar Tərtərdə olmaqdan məmnun olduqlarını bildirərək, hər iki dövləti bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışıblar və səmimi qəbula görə öz minnətdarlıqlarını ifadə etdiblər.