Tətər rayonunun Seydimli kənd sakini tərəfindən nümunəvi təşəbbüs
15 dekabr 2025 | 14:36
Tətər rayonunun Seydimli kənd sakini, sahibkar Orucov Muxtar Əbdüləli oğlu tərəfindən nümunəvi təşəbbüs həyata keçirilib. O, şəxsi vəsaiti hesabına kənd qəbiristanlığına aparan yolun abadlaşdırılması istiqamətində təmir-bərpa işləri görüb.
Belə ki, qəbiristanlığa gedən yolda nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə yol örtüyünə qum və çınqıl materialları verilərək mövcud vəziyyət yaxşılaşdırılıb.
Kənd sakininin bu təşəbbüsü yerli əhali tərəfindən rəğbətlə qarşılanıb. Bu cür vətəndaş təşəbbüslərinin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığı qeyd edilib.






