Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərlilərin yardımı Gəncə şəhərində yerləşən Türkiyə konsulluğuna təhvil verilib

11 fevral 2023 | 18:47

Tərtər rayonundan   Türkiyənin  zəlzələdən zərər çəkmiş bölgələrinə göndərilən  humanitar yardım Gəncə şəhərində yerləşən Türkiyə konsulluğuna təhvil verilib.

Yardımı çatdıran  şəhid, “Vətən Müharibəsi Qəhrəmanı” Anar Əliyevin atası Vaqif Əliyev, ”Vətən Müharibəsi Qəhrəmanı” qazi Azər Abdullazadə və “Azərbaycan Bayrağı” ordenli   Elnur  Salahov, Vətən müharibəsi veteranı Xəyyam Hüseynov konsulluqda qəbul ediliblər. Onlar  xatirə kitabına öz ürək sözlərini yazıblar. Azərbaycan xalqının Türkiyə ilə Ulu Öndərin dediyi kimi  “bir millət, iki dövlət” olduğunu, həmişə--yaxşı gündə də, çətin məqamlarda da Türkiyənin yanında olduqlarını bildiriblər.

Tərtərli nümayəndələr  zəlzələdə halak olan türk qardaş və bacılarımıza rəhmət, yaralılara tezliklə  öz sağlamlıqlarına qovuşmağı diləyiblər.

Keçidlər