Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərlilər Yeni ilin gəlişini yüksək əhval-ruhiyyə ilə qarşılayıblar

01 yanvar 2026 | 00:32

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Tərtər şəhərinin Mərkəzi Meydanında bayram şənliyi təşkil edilib.

Bayram şənliyinə minlərlə tərtərli qatılıb.

Tərtər Rayon İcra Hakimiyyətinin hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri ilə birlikdə Mərkəzi Meydanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təşkil olunan konsert proqramında iştirak ediblər.

Sonra rayon sakinləri gündən-günə inkişaf edən, gözəlləşən Tərtər şəhərinin səmasında al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını maraqla seyr ediblər.

Keçidlər