Tərtərin qaz təchizatında fasilə yaranacaq
20 may 2026 | 09:12
Tərtər Regional Qaz İstismar İdarəsindən verilən məlumata görə, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə “Tərtər-1” ölçü qovşağı üzərində quraşdırılmış kollektordan qidalanan Buruc-Borsunlu istiqamətindəki kəndləri təbii qazla təchiz edən yeraltı orta təzyiqli qaz kəmərlərində kiplik sınaq işləri aparılacaq.
Bununla əlaqədar 22.05.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadək “Tərtər-1” QPS “Tərtər-1” ölçü qovşağından qidalanan Tərtər rayonunun 20 kəndində 5164 abonentin qaz təchizatı daxildən dayandırılacaq.






