Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərin küçələri təmir olunur, M.Ə.Sabir adına park yenidən qurulur

20 fevral 2023 | 16:58

Tərtər rayonu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı altında günü-gündən dəyişir, gözəlləşir. Şəhərin küçələri abad,  gecələri  gündüzlərindən də işıqlıdır. Hazırda şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov küçələrində geniş təmir işləri aparılır. Küçələrin istinad divarları müxtəlif  bəzək daşları və aqlaylarla üzlənir, səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunur, səkilərə asfalt salınması üçün hazırlıq işləri aparılır, yeni yaşıllıq zolaqları yaradılır, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınır. Görülən işlər təkcə küçələrin abadlaşdırılması ilə başa çatmır. İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına park da yenidən qurulur. Parkda köhnə tamet daşları yenisi ilə əvəz olunur, əraziyə yeni münbit torpaq verilərək   gül kolları və müxtəlif bəzək ağacları əkilir. Parkda qoyulmuş M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunur,  sakinlərin istirahəti üçün  söhbətgahlar təmir olunur, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulur, parkın istinad divarları  aqlay və bəzək daşları ilə üzlənir, mühəccərlər təmir olunur, insanların istirahəti üçün şərait yaradılır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  abadlıq-quruculuq işləri aparılan  ərazilərə gedərək, görülən işlərlə yerində tanış olub, əlaqədar şəxslərə tapşırıq və tövsiyyələrini verib, sakinlərlə görüşüb.

Tərtərlilər şəhərdə aparılan abadlıq-quruculuq işlərinə, onlara göstərilən  diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. 

Keçidlər