Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdən “Uşaq Səfirlər Məclisi”nə seçilmiş nümayəndələrlə görüş keçirilib

24 dekabr 2022 | 17:40

Tərtər rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edilmiş  5 namizəd içərisindən rayonu üzrə “Uşaq Səfirlər Məclisi”nə seçilmiş nümayəndələr - Umudlu kənd tam orta məktəbin  şagirdləri Məmmədli Bəhram Mahir oğlu və Zeynalzadə Nilufər Aqşin qızı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov  tərəfindən qəbul edilib. Qəbulda Rayon İcra Hakimiyyəti yanında YYÇİ və HM üzrə komissiyanin məsul katibi Rəvan Həsənov, uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Pərişan Orucova və  Umudlu kənd tam orta məktəbin direktoru Könül Hacıyeva iştirak ediblər. Namizəldərlə uşaq hüquqlarının müdafiəsi, uşaqların inkişafı, həmçinin uşaqları narahat edən məsələlərin həlli istiqamətində müzakirələr aparılıb. Sonda  Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov hər iki şagirdə uğurlar arzulayaraq hər zaman onlara lazımı köməklik göstəriləcəyini bildirmişdir.

Keçidlər