Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirilib

03 noyabr 2022 | 18:23

Tərtərdə tarixi Zəfər günü ilə bağlı silsilə tədbirlər davam edir. Tərtər Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi ilə birlikdə “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirib.

Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və veteranlar, dövlət qurumlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini, sonra isə Şəhidlərin Abidə Kompleksini ziyarət edib, onların xatriəsini ehtiramla yad ediblər.

Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Şanlı Zəfər günündən, Rəşadətli Azərbaycan Ordusunun müharibədə qazandığı qələbədən, ordumuzun döyüş taktikasından, 44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyünü təmin edən şəhidlərimizdən, öz sağlamlıqlarını Vətənə qurban verən qazilərmizdən bəhs edib. Bu qələbədə hər kəsin payı olduğunu, ordu-iqtidar-xalq birliyinin möhkəmliyindən danışıb. Rayon rəhbəri dövlət tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğını da dilə gətirib, möhtərəm prezident cənab İlham Əliyevin şəhid və qazi ailələrinin problemlərinin həllinə dəstək olmağın hər kəsin borcu olduğunu bildirdiyini qeyd edib.

Rayon rəhbəri tədbir iştirakçılarını, onların şəxsində bütün Azərbaycan xalqını tarixi Zəfər günü münasibəti ilə təbrik edib, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıb.

            Sonra söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayevə verilib. O, öz çıxışında Azərbaycan xalqının torpaqlarının işğalı ilə heç vaxt barışmadığnı, öz ordusunun nələrə qadir olduğunu 44 günlük Vətən müharibəsində sübut etdiyindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərin tarixi əhəmiyyətindən, erməni vandallığına son qoyulmasından, erməni ordusunun məğlub edilməzliyi haqqında uydurulan “mif”dən söhbət açıb, həmyerlilətimizin döyüşlərdə göstərdiyi igidliklərdən danışıb.

Tədbirdə rayon Polis şöbəsinin rəisi Elçin Qasımov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullayev və “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi əlili Elnur Salahov çıxış ediblər.

Məktəblilər vətənə, şəhidlərə aid şeirlər söyləyiblər.

Sonra Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalları təqdim olunub ki, onların da 5 nəfəri Vətən müharibəsi əlilidir.

Keçidlər