Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə yol nişanları və nişanlanma xətləri bərpa edilir

26 noyabr 2025 | 11:32

Tərtər rayonunda insanların sıx olduğu bəzi küçə və prospektlərində yol nişanlarının yenilənməsi, mövcud çatışmazlıqların aradan qaldırılması işləri davam etdirilir.

Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədi ilə  yol-cizgi işarələrinin, silinmiş nişanlanma xətlərinin bərpası həyata keçirilir.

Görülən işlər vətəndaşlar tərəfindən böyük məmuniyyətlə qarşılanıb.

Keçidlər