Tərtərdə yol nişanları bərpa olunur
05 may 2026 | 12:40
Tərtər-Goranboy, Tərtər-Hindarx avtomobil yollarının kənarlarında və rayon ərazisində insanların sıx hərəkət etdiyi bəzi küçə və prospektlərdə, yol nişanlarının, eləcə də yaşayış məntəqələrinin köhnəlmiş ad göstəricilərinin yenilənməsi və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədilə yol nişanlarının və yaşayış məntəqələrinə aid köhnəlmiş ad göstəricilərinin bərpası həyata keçirilir.
Görülən işlər vətəndaşlar tərəfindən böyük məmnuniyyətlə qarşılanır.






