Tərtərdə “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində tədbir keçirilib
"Tərəqqi" Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 20-21 oktyabr 2022-ci il tarixində Tərtər şəhər 6 saylı tam orta məktəbin binasında “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində tədbir keçirib.
Tədbiri giriş sözü ilə təşkilatın sədri, layihə rəhbəri Telman Dadaşov açaraq donor və icraçı təşkilat haqda iştirakçılara məlumat verib, layihənin məqsədini açıqlayıb. Bildirib ki, “layihənin məqsədi zərərli vərdişlərin fəsadları barədə yeniyetmə və gəncləri məlumatlandırmaqla sağlam həyat tərzini təbliğ etməkdir. İnsanın sağlam həyat tərzinə təhlükə yaradan zərərli vərdişlərdən ən çox yayılanı narkomaniyadır. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə mənbəyidir. Bu problem vətəndaş cəmiyyəti olaraq bizi də narahat edir. Ona görə bu mövzuya müraciət etmişik. Layihə 3 ay müddətində 4 rayonda (Ağdam, Ağcabədi, Tərtər və Bərdə) həyata keçiriləcək.”
Ekspert Səadət Feyziyeva mövzu ətrafında iştirakçılara geniş məlumat verərək bildirib ki, “Narkomaniya – bəşərin ən qorxulu bəlasıdır. Qorxulu ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar”. S.Feyziyeva Azərbaycan gələcəyi olan Gəncləri Vətəni sevməyə, fiziki və mənəvi cəhətdən sağlam olmağa, sağlam olmaq üçün isə sağlam həyat tərzi seçməyi və zərərli vərdişlərdən uzaq olmağı tövsiyə etdi.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin Azyaşlıların işi üzrə Baş inspektoru, polis kapitanı Elşən Cəfərov, Tərtər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev, Tərtər şəhər 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov, məktəbin təşkilatçı müavini Günay Cəfərova, məktəbin müəllimi Zülfiyyə Abdullayeva, Regional Gender Mərkəzinin sədri Şərqiyyə Dadaşova, təşkilatın üzvü Aliyə İmanova mövzu ətrafında çıxış edərək, yeniyetmə və gənclərə zərərli vərdişlərdən uzaq olmağı və sağlam həyat tərzini seçməyi tövsiyyə ediblər.
Sonda mövzu ətrafında müzakirələr olub.