Tərtərdə Yeni il ərəfəsində Vətən Müharibəsi şəhidlərinin ailələrinə Bayram sovqatları paylanıb
29 dekabr 2022 | 18:20
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni il ərəfəsində Tərtər rayonunda Vətən Müharibəsinin 50 şəhid ailəsinə ərzaq yardımı edilib.
Ərzaqların təqdim edilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Tərtər Rayon İcra Hakimiyyətinin məsul işçiləri iştirak ediblər.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.