Tərtərdə Yel çərşənbəsi qeyd olunub
12 mart 2024 | 19:16
Bu gün Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi Tərtərdə yüksək əhval-ruhiyyə ilə qeyd edilib.
Bu münasibət ilə Mərkəzi Meydanda çatılan tonqalı Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov alovlandırıb. Rayon rəhbəri sakinləri təbrik edərək onlara xoş arzularını çatdırıb.
Sonra Tərtər Rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı təqdim olunub.
Qeyd edək ki, bu çərşənbə Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir.