Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə "Yaşıl düşüncə"nin təbliği və inkişafı" adlı layihə çərçivəsində təlimlər keçirilib

17 sentyabr 2024 | 14:45

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi" ictimai birliyinin həyata keçirdiyi "Yaşıl düşüncə"nin təbliği və inkişafı" adlı layihə çərçivəsində Tərtər şəhərində genişmiqyaslı təlimlər keçirilib.

Tədbir çərçivəsində "Yaşıl düşüncə", Dayanıqlı inkişaf və "Yaşıl həyat" mövzularında iştirakçılara məlumat verilib. Təlimlərdə Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəqsanə Məmmədli, gənc fəallar, müəllimlər, tələbələr və könüllülər iştirak ediblər.

Təlimlər AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, Vətən müharibəsi iştirakçısı, fəlsəfə doktoru və dosent Radif Mustafayev tərəfindən keçirilib. Təlimin sonunda iştirakçılar "Yaşıl Tərtər" layihəsi haqqında öz fikirlərini hazırlayıb təqdim ediblər. 

 

Keçidlər