Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda Tarla seminarı keçirilib
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçiliki Elmi-Tədqiqat İnstitunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Bölgə Təcrübə Stansiyasında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda Tarla seminarı keçirilib.
Seminarda Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, Əkinçiliki Elmi-Tədqiqat İnstitunun direktoru Faiq Xudayev, Tərtər DAİM-in, Tərtər Bölgə Təcrübə Stansiyasının əməkdaşları, fermerlər, taxılçılıq şirkətlərinin nümayəndələri, mütəxəssislər iştirak ediblər.
Seminarı Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov giriş sözü ilə açaraq Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzaladığını bildirib. Bildirib ki, sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur.
Sonra rayon rəhbəri Tərtər rayonunda taxılçılıq sahəsində əldə olunan uğurlardan, qarşıda duran vəzifələrdən danışıb və seminarın işinə uğurlar arzulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edərək, seminar iştirakçılarına geniş məlumat verib.
Seminarda daha sonra Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Rəşad Familzadə və Tərtər DAİM-in direktoru Mehman Babayev çıxış ediblər. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Tədbirin sonunda seminar iştirakçıları Stansiyasının əkin sahəsində nümayiş etdirilən sortlara baxış keçiriblər.