Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib

13 avqust 2024 | 12:41

Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində İƏD üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov tədbirin əhmiyyətindən danışıb. İqlim dəyişmələrinin dünyanı narahat edən qlobal problemlərdən birinə çevrildiyini, ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyini qeyd edib. 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirərək bu il çərçivəsində ötən müddət ərzində Tədbirlər Planına uyğun olaraq Tərtər rayonunda görülən işlər haqqında ətraflı məlumat verib.

Sonda rayon rəhbəri Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planından irəli gələn məsələlərin həlli və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verib.

Keçidlər