Tərtərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində su ehtiyatlarından səmərəli istifadə ilə bağlı işlər mütamadi olaraq davam etdirilir
Tərtər Rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırlanmış tədbirlər planının icrası ilə əlaqədar rayon ərazisində Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə əlaqədar qrumlar tərəfindən su ehtiyatlarından səmərəli istifadə ilə bağlı müvafiq işlər görülür.
Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi tətbiqi üzrə may ayı ərzində Tərtər Suvarma Sistemləri idarəsinin balansında olan təsərrüfatlar arası və təsərrüfatlar daxili arxlarda 19,6 min kub metr ekskovatorlarla lildən və kol-kosdan təmizlənmə işləri görülmüş, Tərtərçay HQİİ-si tərəfindən isə kanallarda və torpaq arxlarda 8,8 km lildən təmizlənmə işləri aparılmışdır.
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar rayon ərazisində görülün işlər mütamadi olaraq davam etdiriləcəkdir.