Tərtərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti iməcilik keçirilib
Tərtər Rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırlanmış tədbirlər planının icrası ilə əlaqədar şəhərin Heydər Əliyev prospektində, Bayraq meydanında və “Ana abidəsi” adlanan ərazidə və digər küçələrdə növbəti iməcilik keçirilib.
Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən iməcilikdə Kommunal Təsərrüfat İdarəsinin və “DOST” MMC-nin işçiləri fəal iştirak ediblər.
İməcilik çərçivəsində əvvəlcə ərazidə təmizlik işləri aparılıb, ağacların dibləri və qazon hissələr biçilərək təmizlənib, ağaclar və gül kolları mövsümə uyğun olaraq budanıb formaya salınıb, ərazidə olan məişət tullantıları Kommunal Təsərrüfat idarəsinin xüsusi texnikaları vasitəsi ilə ərazidən daşınıb.
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətini gücləndirmək üçün təşkil edilmiş iməcilik rayon sakinləri tərəfindən məmnunluqla qarşılanıb.