Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti iməcilik aksiyası keçirilib

17 avqust 2024 | 09:36

Tərtər Rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırlanmış tədbirlər planının icrası ilə əlaqədar Tərtər rayon İsmayılbəyli kəndi ərazisində  növbəti iməcilik keçirilib.

Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən iməcilikdə Kommunal Təsərrüfat İdarəsinin və “DOST” MMC-nin işçiləri fəal iştirak ediblər.

İməcilik çərçivəsində əvvəlcə ərazidə təmizlik işləri aparılıb, ağac və gül kollarının dibləri biçilərək təmizlənib, ərazidə olan məişət tullantıları ərazidən daşınıb.

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətini gücləndirmək üçün təşkil edilmiş iməcilik rayon sakinləri tərəfindən məmnunluqla qarşılanıb.

Keçidlər