Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası Mamırlı kəndi ərazisində keçirilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər Rayonunun Mamırlı kəndi ərazisində, Bərdə-Ağdam avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirilib.
Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən ağacəkmə aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin, İƏD üzrə nümayəndəliklərin və “DOST” MMC-nin işçiləri fəal iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 350 ədəd eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.