Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası Bala Kəngərli kəndi ərazisində keçirilib

16 mart 2024 | 11:03

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və  Təbii Sərvətlər İdarəsinin və “VƏKİLOĞLU” MMC-nin (Patron tumları) birgə təşkilatçılığı ilə Tərtər Rayonunun Bala Kəngərli kəndi ərazisindən yol kənarında ağacəkmə aksiyası keçirilib.

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 2000 ədəd sərv ağacı əkilıib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

Keçidlər