Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirici görüş keçirilib

20 aprel 2024 | 12:37

Tərtər rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və  Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, Bələdiyyə sədrləri, ictimai fəallar və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və  Təbii Sərvətlər İdarəsinin ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun müdiri İsrafil Paşayev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov öncə qonaqları salamlayıb, tədbirin əhmiyyətindən danışıb. İqlim dəyişmələrinin dünyanı narahat edən qlobal problemlərdən birinə çevrildiyini, ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyini qeyd edib. 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirərək bu il çərçivəsində ötən müddət ərzində Tədbirlər Planına uyğun olaraq Tərtər rayonunda görülən işlər haqqında ətraflı məlumat verib.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və  Təbii Sərvətlər İdarəsinin ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun müdiri İsrafil Paşayev iştirakçılara ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələbləri, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülmüş işlər, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı apardığı mübarizə tədbirləri barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər