Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməclik keçirilib

15 fevral 2024 | 14:43

Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə şəhərin Elman Hüseynov, Rasim Mürsəlov və digər küçələrində iməclik təşkil edilib. İməclikdə Komunal Təsərrüfat İdarəsinin və DOST MMC-nin işçiləri fəal iştirak edib.

İməclik çərçivəsində ağacların dibləri təmizlənərək bellənib, ərazidə olan məişət tullantıları Komunal Təsərrüfat idarəsinin xüsusi texnikaları vasitəsi ilə ərazidən daşınıb.

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətini gücləndirmək üçün təşkil edilmiş iməclik rayon sakinləri tərəfindən məmnunluqla qarşılanmışdır.

Keçidlər