Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində iməclik keçirilib

07 dekabr 2024 | 10:19

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində iməclik keçirilmişdir.

İməclikdə Mənzil İstehsalat Təmir İstismar Sahəsinin, Tərtər Şəhəri Komunal təsərrüfatı idarəsinin  işçiləri iştirak ediblər.

Aksiya çərçivəsində yol kənarlarında təmizlik işləri aparılıb, qurumuş yarpaqlar və məişət tullantıları toplanaraq ərazidən götürülüb.

İməcliyin keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti, təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək və ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Keçidlər