Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

03 may 2023 | 16:29

Mayın 3-də Tərtər Rayon Gənclər Mərkəzində rayon icra hakimiyyətinin, FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsi mövzusunda tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov,  FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Aqil Mustafayev, aidiyyəti qrumların əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak edib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və  FHN-nin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Aqil Mustafayev tədbirdə çıxış edərək biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlarına qarşı mineral zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılmasını qeyd etdilər, bu istiqamətdə qarşıda duran vacib məsələlərdən danışdılar. Bilərəkdən yanğın hadisəsi törədərək təbiətə və torpağın münbit qatına ziyan vuran şəxslərin müəyyən edilərək barələrində inzibati qaydada tədbirlərin görüləcəyini bildirdilər.

Qarşılıqlı diskusiya şəkilində keçirilən tədbirdə iştirakçılarn sualları cavablandırılıb.

Keçidlər