Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Xocalını unutma” adlı inşa yazı müsabiqəsi keçirilib

24 fevral 2026 | 16:16

Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və Tərtər-Ağdərə rayonları üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə Uşaq Gənclər İdman Şahmat məktəbində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalını unutma” adlı inşa yazı müsabiqəsi keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Svetlana Əzizova, YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev və Uşaq-Gənclər İnkşaf Mərkəzinin direktoru Ülviyyə Qənbərova da iştirak ediblər.

Əvvəlcə müstəqilliyimiz və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Rayon icra hakimiyyətinin nümayəndəsi Svetlana Əzizova, YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev və Uşaq-Gənclər İnkşaf Mərkəzinin direktoru Ülviyyə Qənbərova  çıxış edərək bu soyqırımın bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktı olduğunu bildiriblər. Çıxışçılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi qələbə qazandığını, torpaqlarımızın düşmən tapdağından azad edildiyini, soyqırım qurbanları və şəhidlərimizin qisasının alındığını, hazırda Xocalı şəhəri və kəndlərinə 881 ailə, 3602 nəfər köçürüldüyünü  qeyd ediblər.Çıxışçılar müsabiqə iştirakşılarına Xocalı şəhərində aparılan tikinti abadlıq işləri, Xocalı şəhidlərinin xatirəsinə tikilən abidə kompleksi haqqında da danışıblar.

Sonra müsabiqəyə start verilib. Müsabiqədə  43 ümumtəhsil məktəbindən 36  nəfər yuxarı sinif şagirdləri iştirak ediblər. Bir akademik saat vaxt ayrılan inşa-yazı müsabiqəsinin nəticələri müəyyən edildikdən sonra  qaliblər Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və rayon təhsil sektorunu tərəfindən diplom və fəxri fərmanla ilə təltif ediləcəklər.

Keçidlər