Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Xocalı soyqırımını unutma!” adlı rəsm müsabiqəsi keçirilib

23 fevral 2024 | 15:41

Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Uşaq Gənclər İdman Şahmat məktəbinin foyesində ümumtəhsil məktəblərinin şagirdlərinin rəsm və əl işlərindən ibarət  “Xocalı soyqırımını unutma!” adlı rəsm müsabiqəsi keçirilib.

Məktəblilərin rəsm müsabiqəsində Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəqsanə Məmmədli, Təhsil sektorunun əməkdaşı Lamiyə Məmmədova, Aysel Ağayeva və Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Ülviyyə Qənbərova iştirak ediblər.

Tədbirdə çıxış edənlər ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdiyi etnik təmizləmə və işğal siyasətindən bəhs edib, Xocalı faciəsi, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıblar.

Sonra şagirdlərin Xocalı faciəsinə həsr etdikləri rəsmlərə baxış keçirilib.

Müəlliflər rəsmlərdə xalqımıza qarşı törədilən qanlı faciəni əks etdirməklə, həm də insanların azadlıq uğrunda mübarizə əzmini, bu yolda dönməzliyini təsvir etməyə çalışıblar.

Keçidlər