Tərtərdə “Xocalı Faciəsinin 31-ci ildönümü münasibətilə” şagirdlər arasında rəsm müsabiqəsi keçirilib
“Xocalı Faciəsinin 31-ci ildönümü münasibətilə” Uşaq Gənclər İnkişaf Mərkəzində rəsm dərnəyinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib. Müsabiqəyə şagirdlər tərəfindən 40 rəsm işi təqdim olunub.
Tədbirdə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və rayon icra hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli iştirak ediblər.
Tədbiri Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qənbərova açaraq əsrin faciəsi – Xocalı Soyqrımı barədə məlumat verib, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müsabiqəyə təqdim olunmuş dərnək üzvlərinin rəsm əsərlərinə baxış keçirilib. 5 nəfər dərnək üzvü qalib elan edilib. Onlara YAP Tərtər Rayon Təşkilatı tərəfindən Fəxri Fərman təqdim olunub.