Tərtərdə xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzi Ə. Məmmədov adına Tərtər şəhər 1 nömrəli tam orta məktəbdə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza – xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi” mövzusunda tədbir keçirib.
Tədbirdə FHN-in Qarabağ Regional Mərkəzinin və Tərtər Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti, Tərtər Rayon İcra Hakimiyyətinin, rayon Təhsil Sektorunun məsul şəxsləri, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması üzrə profilaktik tədbirlərin yerinə yetirilməsi, fövqəladə hallar zamanı müəllim və şagirdlərin mühafizəsinin təşkili, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi üzrə görüləcək tədbirlərin təkmilləşdirilməsidir.
Tədbirin sonunda məktəbin həyətində fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları nümayiş olunmuşdur.