Tərtərdə “Xəmsə” intellektual bilik yarışının final mərhələsi keçirilib.
10 aprel 2026 | 17:35
İntellektual yarış Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər və Ağdərə rayonları üzrə Təhsil sektorunun dəstəyi ilə həyata keçirilib.
Yarışın final mərhələsində 4 komanda iştirak edib.
2 gün davam edən intellektual oyunun nəticələrinə əsasən:
I yer - İsmayıl Məmmədov adına 2 nömrəli məktəb-liseyin komandası.
II yer - Şikar Şikarov adına 5 saylı tam orta məktəbin komandası.
III yer - Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbin komandası.
Qalib komandaları təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!






