Tərtərdə voleybol turniri keçirilib.
07 noyabr 2025 | 14:32
04-07 noyabr 2025-ci il tarixlərində Qarabağ Regional Gənclər və İdman İdarəsi ilə Qarabağ Regional Təhsil İdarəsinin Tərtər və Ağdərə rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı əsasında Tərtər Olimpiya İdman Kompleksində rayonun tam orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında "8 Noyabr - Zəfər Günü"nə həsr edilmiş voleybol idman növü üzrə rayon turniri keçirilib.
Turnirdə ümumilikdə 18 məktəb komandasından 180 nəfərədək məktəbli iştirak etmişdir.
Maraqlı idman mübarizəsi şəraitində davam edən yarışın qalibləri sonda müvafiq dərəcəli diplomlarla təltif edilmişlər.






