Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə VIII Muğam Televiziya Müsabiqəsinin növbəti dinləməsi keçirilib

03 iyun 2022 | 14:03

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin növbəti dinləməsi Tərtər rayonunda baş tutub.

Əvvəlcə münsiflər heyətinin üzzvləri Şəhidlər abidə kompleksini ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.

Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov münsiflər heyətinin üzzvləri ilə görüşüb.

Rayon Mədəniyyət Mərkəzində keçirilən müsabiqədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məslisin deputatları Sahib Alıyev, Aqil Abbas, hüquq-mühafizə orqanlarının rəhbərləri, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə münsiflər heyətinin üzvləri Vətən müharibəsi zamanı Tərtər rayonuna çoxsaylı zərbələr endirilməsindən, lakin buna baxmayaraq Tərtər sakinlərinin dözümündən, qəhrəmanlıqlarından danışaraq bildiriblər ki, “Belə möhtəşəm bir festivalın məhz Tərtər rayonunda keçirilməsi heç də təsadüfi deyil. Vaxtilə top-tüfəng səsləri eşidilən yerlərdən hazırda zəngin mədəniyyət xəzinəmiz olan muğam sədaları eşidilir, möhtəşəm mədəni tədbirlər keçirilir”.

Münsiflər heyətinə korifey muğam ifaçısı, Xalq artisti Arif Babayev, Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi və Əməkdar artist Fərqanə Qasımova daxildir.

Məlumat üçün qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ilk “Muğam” Televiziya Müsabiqəsi 2005-ci ildə keçirilib və dahi bəstəkar Üzeyir Hacıbəylinin 120 illiyinə həsr edilmişdir.

Keçidlər