Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır

07 iyun 2022 | 15:49

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşları qəbul edib. Qəbulda 32 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilərək, problemləri həll olunub.

Qəbula gələn vətəndaşlardan Səkinə İbrahimova, Əli Əsədov, İsmayıl Behbudov, Ramiz Həsənov, Əzizə Cəfərova, Solmaz Məmmədova, Nazim İsmayılov Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, Qazyan kənd sakini Müzəffər Ələkbərov, fermer Adil Paşayev yeni subartezian quyusunun qazılması, Xəyal Əhmədov, Rizvan Abbasov, Raqif Kərimov işlə, Lətafət Fərzəliyev icarəsinə torpaq verilməsi və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər