Tərtərdə vətəndaşların müraciətlərinə həsasslıqla yanaşılır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iyul ayının 5-də növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 27 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib.
Qəbulda vətəndaşlar icarələrinə torpaq sahəsi verilməsi, Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, həyətyanı torpaq sahəsi ayrılması, su növbələrinin tənzimlənməsi, pay torpaqlarının zəbti, işlə və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiribləır.