Tərtərdə vətəndaşların müraciətlərinə həsasslıqla yanaşılır
İyun ayının 14-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 24 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilib.
Qəbulda Pakilet İsmayılova, Taleh Həşimov, İldırım Sadıqov, Müşviq Tağızadə, Nailə Abdullayeva, Güllər Məmmədova, Həsən Dadaşov, Sirac Əhmədov, Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, Əvəz Həsənov ona həyətyanı torpaq sahəsi ayrılması, Adil Cəmilov, Zinyət İbrahimova, Rəhman Baxşəliyev və başqaları işlə və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.
Qəbulda məmur vətəndaş münasibətlərində vətəndaş məmnunluğu təmin edilib.
Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiribləır.