Tərtərdə vətəndaş qəbulunda qaldırılan məsələ öz müsbət həllini tapıb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Düyərli və Ələsgərli kəndlərində keçirilən səyyar qəbul görüşləri zamanı Əhmədov Rəfayıl İsmayıl oğlu və Şirinov Məhəmməd Ağamməd oğlu müraciətlərində Tərtər-Hindarx avtomobil yolunun 5-ci kilometrində, Ələsgərli və Düyərli kəndlərinin yolayrıcında dəfələrlə avtomobil qəzasının olduğunu, sərnişinlərin piyada zolağı ilə yolu təhlükəsiz şəkildə keçə bilmədiklərini bildirərək, yolayrıclarına işıqfor quraşdırılmasını xahiş ediblər. Bununla bağlı rayon İcra hakimiyyətinin başçısı tərəfindən aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanmış, problemin həlli istiqamətində məsələ qaldırılmışdır. Hazırda problem öz həllini tapıb, yolayrıclarında işıqforlar quraşdırılıb.
Vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.