Tərtərdə vətəndaş müraciətlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən həm rayon icra hakimiyyətində, həm də keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən irəli sürülmüş rəy və təkliflər xüsusi nəzarətə götürülür, həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Şəhid ailələri və qazilərin müraciətlərinə isə xüsusi diqqət göstərilir.
Belə ki, 07.07.2023-cü il tarixdə Kəngərli kəndindən olan şəhid Qənbərli Qənbərin atası Qasımov Bəhruz, şəhid Mənsimli İntiqamın atası Məmmədov Rövşən, şəhid Quluzadə Elminin atası Quliyev Şəmsi və şəhid Məmmədov Səbuhinin atası Məmmədov Zahid rayon rəhbərinin qəbuluna gələrək rayon icra hakimiyyəti tərəfindən Qaradağlı kəndi ərazisində şəhid ailələri üçün ayrılmış əkin sahəsinə gedən yolun təmizlənərək genişləndirilməsi barədə müraciət etmişlər. Qaldırılan məsələ rayon rəhbəri tərəfindən nəzarətə götürülmüş və əlaqədar qrumların rəhbərlərinə müvafiq tapşırıq verilmişdir.
Aidiyyəti qrumlar tərəfindən Qaradağlı kəndi ərazisində şəhid ailələri üçün ayrılmış əkin sahəsinə gedən yol xüsusi texnikalar vasitəsi ilə təmizlənərək genişləndirilmişdir.
Şəhid ailələri onların müraciətlərinə həssaslıqla yanaşıldığına və problemlərinin həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.