Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır

06 fevral 2026 | 16:02

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər şəhər Elman Səfərov küçəsinin sakini Vətən müharibəsi qazisi Quliyev Ceyhun Hüseyn oğlu müraciət edərək yaşadığı küçəyə çınqıl verilərək hamarlanmasını xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər Bələdiyyəsinin köməkliyi ilə qeyd olunan küçəyə çınqıl verilərək hamarlanmışdır.

Vətən müharibəsi əlili onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər