Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən Müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları verilib

26 aprel 2023 | 15:36

Tərtər Rayon İcra Hakimiyyətnin təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə 10 Vətən müharibəsi şəhidinin ailəsinə ərzaq sovqatı verilib. Bayram sovqatları Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları tərəfindən şəhid ailələrinə çatdırılıb.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər