Tərtərdə Vətən Müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları verilib
17 mart 2023 | 19:24
Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyası tərəfindən Novruz bayramı münasibəti ilə Vətən müharibəsi şəhidlərinin ailələrinə ərzaq sovqatı göndərilib. Göndərilən bayram sovqatları Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları və İƏD üzrə nümayəndələr tərəfindən şəhid ailələrinə çatdırılıb.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.