Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi Məhərzadə Talehin qardaşı övladının kiçik toy şənliyi keçirilib

21 dekabr 2025 | 09:53
Tərtər rayonunun Qaynaq kəndində Vətən Müharibəsi şəhidi Məhərzadə Taleh Oktay oğlunun qardaşının övaldının kiçik toy şənliyi keçirilib.
 
Kiçik toy mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin məsul əməkdaşları, şəhid ailələri, Vətən Müharibəsi qaziləri, veteranları, kənd sakinlər iştirak ediblər.
 
Toy şənliyində əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Kiçik toy şənliyində çıxış edənlər xeyir-dua verib, bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq. İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu bizim mənəvi borcumuzdur.
Keçidlər