Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi Elman Məmmədovun ad günü məzarı önündə qeyd olundu

17 avqust 2022 | 12:51

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun Borsunlu kənd sakini Məmmədov Elman Bəhmən oğlununun doğum günü məzarı önündə qeyd olunub.

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını  ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, N saylı hərbi hissənin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Məmmədov Elman Bəhmən  oğlu 17.08.1991-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 03 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Məmmədov Elman Bəhmən oğlu 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda" və "İgidliyə görə" medalı ilə təltif olunub.

 Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər