Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən Müharibəsi qazisi Namiq Abbasovun övladının kiçik toy mərasimi keçirilib

22 mart 2023 | 15:39

Martın 22-də Tərtər rayonunun Təzəkənd kəndində 3-cü qrup Vətən Müharibəsi qazisi Abbasov Namiq Əli oğlunun övladı Abbaszadə Kənan Namiq oğlunun kiçik toy mərasimi keçirilib.

Kiçik toy mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Vətən Müharibəsi qaziləri, veteranları, kənd sakinlər iştirak ediblər.

Toy şənliyində əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək qazinin övladına xeyir-dua verib, bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq. İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu bizim mənəvi borcumuzdur.

Qeyd edək ki, Vətən müharibəsi qazisi, N saylı hərbi hissənin Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu Abbasov Namiq Əli oğlu Talış-Suqovuşan istiqamətində döyüşüb. Vətən müharibəsindən öncə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı, "Qüsursuz xidmətə görə" medalı Vətən Müharibəsindən sora isə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə "Cəsur döyüşçü", “Suqovuşanın azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Keçidlər