Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən Müharibəsi qazisi Məhərrəmli Nurlanın toy şənliyi keçirilib

22 sentyabr 2025 | 21:03

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi qaziləri və veteranları ilə birlikdə 3-cü qrup Vətən Müharibəsi əlili Məhərrəmli Nurlan Xaliq  oğlunun toy şənliyində iştirak edib.

Qazinin 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən danışan icra başçısı Nurlanın torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşı olur”- deyib.

İcra başçısı gəncləri təbrik edərək, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini,  onların “baş tacı”mız olduğunu bildirib.

Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinə, müharibə veteranlarının problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu bildirib.

Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran qazini təbrik edib, ona xoş arzularını çatdırıblar.

İcra başçısının Vətən Müharibəsi qaziləri və veteranları ilə birgə rəqsi məclis iştirakçılarını qürurlandırıb.

Məhərrəmli Nurlan Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Nurlan şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər