Tərtərdə “Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və müharibədən zərər çəkmiş şəxslərə sosial təminat hüququ sahəsində dəstəyin verilməsi” layihəsi çərçivəsində tədbir keçirilmişdir
Martın 6-da YAP Tərtər Rayon Təşkilatının iclas zalında “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyi Azərbayan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi Agentlyinin maliyyə dəstəyi ilə “Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və müharibədən zərər çəkmiş şəxslərə sosial təminat hüququ sahəsində dəstəyin verilməsi” layihəsi çərçivəsində tədbir keçirmişdir.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov da iştirak etmişlər.
Tədbirdə çıxış edən layihə rəhbəri Aydın Zeynalov layihənin əsas məqsədinin regionlarda keçiriləcək tədbirlərin vasitəsilə Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin hüquqi problemlərinin dairəsinin müəyyən olunması və mövcud problemlərin həllinə hüquqi dəstəyin verilməsin olduğunu bildirmişdir.
Sonda mövzü ilə bağlı iştirakçılarının sualları cavablandırılmışdır.